ƏHMƏDLİ ADININ MƏNASI

Ulu babalarımız məskən saldıqları yerlərə və onun yaxınlığındakı coğrafi obyektlərə müxtəlif adlar vermişlər. Bu adlar adi söz deyil, onların arxasında gizli məna dayanır. Məhz toponimlərimiz bizə yaşadığımız ərazinin təbii şəraiti, əhalinin məskunlaşması, məşğuliyyəti, təbii sərvətlərimiz haqqında maraqlı məlumatlar verir. Əgər biz tarixən burada yaşayan tayfalar, nəsillər, tarixi yerlərimiz haqqında məlumat əldə etmək istəyiriksə, onda toponimləri araşdırmalıyıq.
Yaşadığımız qəsəbənin niyə Əhmədli adlandırılması, buranın tarixi haqqında məlumatlanmaq məqsədilə 02.04.2025-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova 5A sinif şagirdlərinə mühazirə oxudu.Mühazirədə Əhmədlinin yaradılması, burada yaşayan tayfalar, tarixi məhəllələri, sahəsi, əhalisinin sayı və s. haqqında məlumat verildi. Həmçinin Ülkər Əhmədova Əhmədli qəsəbəsi haqqında videoçarx da nümayiş etdirdi. Sonra isə tədbir sual-cavab əsasında davam etdirildi.