APREL DÖYÜŞLƏRİ

    Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri adı ilə düşüb.Aprel müharibəsi 44 günlük döyüşlərin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu.

    Bu şərəfli döyüşlərin növbəti ildönümü ilə əlaqədar olaraq, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, coğrafiya müəllimi Arifə Məmmədovanın və 8A sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Ülkər Əhmədova Aprel döyüşləri haqqında məlumat verdi, bu barədə videoçarx nümayiş etdirdi.Daha sonra şagirdlər bu döyüşlərdə şücaət göstərmiş qəhrəman şəhidlərimiz haqqında məlumat verdilər.

    Belə tədbirlərin silsilə şəklində keçirilməsində məqsəd tarixi unutmamaq və şagirdlərə vətənpərvərlik ruhunu aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi