NOVRUZ GƏLİR, YAZ GƏLİR !

18.03.2025 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin Musiqi müəllim Əliyeva Aygün və UBTR Məryəm Şərifovanın təşkilatçılığı ilə "Novruz gəlir , yaz gəlir" adlı bayram tədbiri keçirildi.
Tədbirdə xalqımızın milli - mənəvi dəyərlərini əks etdirən rəqslər , səhnəciklər , mahnılar , lətifələr , müxtəlif xalq oyunları öz əksini tapdı. Məktəbin direktoru Yeganə Məhərrəmova, müəllim kollektivi və şagirdlər tədbirdə iştirak etdilər.