NOVRUZ MİLLİ BAYRAMIMIZDIR

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da özünəməxsus yeri vardır. İbtidai çağlara məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanclardan qaynaqlanan yazı - yeni günü qarşılama mərasimi yüzillikləri çevrələyən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni - mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına - Novruza çevrilmişdir. Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Bu bayram təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə kütləvi şəkildə qeyd olunur.
Bu milli bayram Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında da qeyd olundu. Tədbirdə kitabxana müdiri Ülkər Əhmədova, ibtidai sinif müəllimi Aygün Gülməmmədova və 4B sinif şagirdləri iştirak etdilər. Şagirdlər ayrı-ayrı bölgələrimizin Novruz adətləri haqqında maraqlı məlumatlar verdilər, şeir və musiqi nümunələri səsləndirdilər. Ülkər Əhmədova isə öz növbəsində iştirakçıları Novruz ensiklopediyası ilə tanış etdi və milli bayramımıza həsr olunmuş videoçarx nümayiş etdirdi.