İDMANÇILARIN YARIŞA HAZIRLIĞINA PSİXOLOJİ YANAŞMA

İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhəmləndirmir, həmçinin eyni zamanda insanda ruh yüksekliyi yaradır, insanın çevik və dözümlü olmasına səbəb olur. İdman həftəsi çərçivəsində psixoloq Ramilə Hacıyeva şagirdlərə "İdmançının psixolojı hazırlığı" mövzusunda seminar təşkil etmişdir.
İdmançı şagirdlərə təlim - məşq zamanı psixoloji hazırlığın motivləşmə prinsipinin müəyyən olunmasından başlandığı, idmançının öz fəaliyyəti ilə nəyə nail olacağını qabaqcadan müəyyənləşdirdiyi bildirdi. İdmançının psixoloji hazırlığının özünə inam, emosiyaları tənzimləmə, sürətli reaksiyaya malik olmaq olduğu deyildi.