REPRODUKTİV SAĞLAMLIQ NƏDİR ?

İnsan təbiətin məhsuludur. Insan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə reproduktivliyi, nəsil artırma qabiliyyəti yaxşılaşır və formalaşır. Bu sağlamlığın təmali yeniyetmə dövründə qorunub saxlanır.
İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə 9-cu siniflərin oğlan və qızları ilə məktəbin biologiya müəllimləri Ramazanova Şəhla və Mahmudova Nərgiz, psixoloq Hacıyeva Ramilə və məktəbin həkimi Məmmədova Aygül "Reproduktiv sağlamlıq nədir?" mövzusunda söhbət apardılar. eproduktiv sağlamlıq dedikdə əsasən sağlam nəsil nəzərdə tutulur. Başqa sözlə desək, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki,əqli və sosial rifah halı deməkdir. Bu təkcə reproduktiv sistemlə onun funksiyasi və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyil. Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir.