MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

    28.02.2025 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adlna 98 nömrəli tam orta məktəbdə Mülkü Müdafiə Günü münasibətilə maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərə fövqalədə hallarda necə davranmalı olduqlarını öyrətmək və onların təhlükəsizlik biliklərini artırmaq idi.

    Tədbir zamanı mütəxəssislər zəlzələ, termometrin qırılması, yanğın zamanı davranış qaydaları və digər fövqəladə hallar haqqında ətraflı məlumat verdilər. Şagirdlərə izah olundu ki, zəlzələ zamanı həyəcanlanmadan təhlükəsiz bir yerə sığınmaq, başı qorumaq və təlimatlara əməl etmək vacibdir. Termometr qırıldıqda isə civənin zərərli təsirlərindən qorunmaq üçün otağı dərhal havalandırmaq və civəni düzgün şəkildə toplamaq lazımdır. Bu mövzuların daha yaxşı mənimsənilməsi üçün şagirdlərə praktiki məşqlər də etdirildi. Onlar fövqəladə hallar zamanı düzgün hərəkət etməyi və təhlükəsizlik tədbirlərini yerindəcə öyrəndilər.

    Bu tədbir sayəsində şagirdlər həyati vacib biliklər əldə etdilər və fövqəladə hallara hazırlıqlı olmağın nə qədər önəmli olduğunu dərk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi