TARİXİMİZİN UNUDULMAZ SƏHİFƏSİ

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə tarixin yaddaşına qanla yazılmış gecə idi. İllər keçsə də ağrısı unudulmayan gecə...
Bu gecədə törədilmiş qanlı hadisə nəticəsində yüzlərlə dinc sakin - qadınlar, uşaqlar, yaşlılar amansızlıqla qətlə yetirilmiş, işgəncələrə məruz qalmış və əsir götürülmüşdür.
Xalqımız hər il bu faciə qurbanlarını anır. Bu məqsədlə də 26.02.2025-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Xocalı Soyqırımına həsr olunmuş tədbirlər keçirildi. Belə tədbirlərdən biri də məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Lalə Babayevanın və 3A sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və faciə qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra müəllim və şagirdlər soyqırım haqqında məlumat verdilər, həmçinin hadisəyə həsr olunmuş şeir nümunələri səsləndirildi. Sonra Ülkər Əhmədova Xocalı Soyqırımına həsr olunmuş videoçarxlar nümayiş etdirdi.
Sonda şagirdlər həlak olanların şəkillərinin önünə qərənfillər düzdülər.