XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ BƏDİİ KOMPOZİSİYA

    Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar İMilli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə soyqırıma həsr olunmuş bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər Xocalı qurbanlarının xatirəsini anaraq, faciənin dəhşətlərini əks etdirən şeirlər, səhnəciklər və musiqi nömrələri ilə çıxış etdilər.

    Bədii kompozisiyada Xocalıda baş verən hadisələr səhnələşdirilərək, günahsız insanların çəkdiyi iztirablar təsvir olundu. Şagirdlər tarixi faktları canlandıraraq, faciənin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladılar. Tədbirdə iştirak edən müəllimlər və valideynlər çıxış edərək, Xocalı həqiqətlərinin dünyaya yayılmasının, gənc nəslin tarixi bilməsinin və vətənpərvərlik ruhunda yetişməsinin önəmini qeyd etdilər.

    Sonda Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və “Xocalıya ədalət!” şüarı səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi