1B SİNFİNİN ŞƏHİDLƏR XİYABANINA ZİYARƏTİ

    Şəhidlər Xiyabanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş igidlərimizin xatirəsinin əbədiləşdirildiyi müqəddəs bir məkandır. Bu müqəddəs məkanı ziyarət etmək hər bir Azərbaycan vətəndaşı üçün böyük bir mənəvi dəyərə malikdir.

    Bu münasibətlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 1B sinif şagirdləri və sinif rəhbəri Aysel Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər. Bu ziyarət vasitəsilə uşaqlar şəhid olan qəhrəmanların göstərdiyi fədakarlıqla tanış olur, onların ruhuna dərin ehtiram bəsləməyi öyrənirlər. Ziyarət zamanı müəllim Aysel Əliyeva şagirdlərə şəhidlərimizin xatirəsini əziz tutmağın bizim mənəvi borcumuz olduğu anlatdı.

    Bu cür tədbirlər şagirdlərin milli kimliklərinin formalaşmasına, Vətənə sevgi və bağlılıq hisslərinin möhkəmlənməsinə mühüm töhfə verir. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi