6B SİNFİNİN ŞƏHİDLƏRƏ EHTİRAM SƏFƏRİ
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 6B sinfi və sinif rəhbəri Leyla Quliyeva Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizi anmaq üçün Şəhidlər xiyabanında şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Müəllim Leyla Quliyeva ziyarət zamanı şəhidlərə 1990 - cı ilin 20 Yanvar gecəsində baş verən tarixi mübarizəsi uğrunda yaşadığı ağir sınaqlar və şəhidlərin göstərdiyi qəhrəmanlıq əməlləri barədə danışdı.
Şagirdlər bu ziyarətdən həm təsirləndilər, həm də tarixin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar hadisələri haqqında daha çox məlumat əldə etdilər. Belə tədbirlər gənc nəslin vətənpərvər ruhda böyüməsinə və keçmişimizi unutmadan gələcəyə daha güclü addımlar atmasına kömək edir.