AZADLIQ UĞRUNDA QANLI YANVAR

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. 
   Bu tarix ölkənin hər yerində silsilə tədbirlər şəklində qeyd olunur. Bu məqsədlə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Fəxriyyə Mustafayevanın və 4A sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Fəxriyyə Mustafayeva və Ülkər Əhmədova 20 Yanvar haqqında geniş məlumat verdilər. Şagirdlər də öz növbəsində bu günə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda kitabxana müdiri bu tarixi günə həsr edilmiş sənədli filmi nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi