POLİS ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ
17.01.2025-ci il tarixdə Bakı şəhər Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə DİN-in Polis Akademiyasının nümayəndəsinin və (məs. Sabunçu) RPİ əməkdaşının iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Həmçinin, görüşdə gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr verilmişdir.