1A SİNFİNİN ŞƏHİDLƏRƏ EHTİRAMI

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 1 “A” sinif şagirdləri, sinif rəhbəri Şəfiqə Qurbanovanın təşəbbüsü ilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Kiçik yaşlı şagirdlər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların məzarlarını ziyarət edərək onların xatirəsini ehtiramla yad etdilər. Şəfiqə Qurbanova uşaqlara 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yeri və əhəmiyyətindən danışdı. Şagirdlərə azadlıq və müstəqillik uğrunda həyatlarını qurban vermiş şəhidlərin igidlikləri barədə sadə və anlaşılan formada məlumat verildi. Ziyarət zamanı balaca şagirdlərə vətənpərvərlik və qəhrəmanlıq anlayışları izah olundu. Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanlarının və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Bu ziyarət şagirdlərin milli-mənəvi dəyərlərə olan hörmət hissini gücləndirdi və onların hələ kiçik yaşlarından Vətən sevgisi ilə böyümələrinə töhfə verdi.