NAXÇIVANIN QƏDİM TARİXİ
27.12.2024 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş sonuncu tədbir keçirildi. Tədbirdə kitabxana müdiri Ülkər Əhmədova, tarix müəllimi Elnurə Seyidova və 6B sinif şagirdləri iştirak etdilər. Tədbir Naxçıvanın qədim zamanlardatikilmiş abidələri, mədəni həyatı, təsərrüfat fəaliyyəti, ticarət əlaqələri və s. haqqında geniş məlumat verdi. Sonra Ülkər Əhmədova bu barədə videoçarx nümayiş etdirdi. Tədbir şagirdlərin marağına səbəb oldu.