GİGİYENA VƏ DÜZGÜN QİDALANMA SAĞLAMLIĞIN ƏSASIDIR
2024-cü il dekabr ayının 23-də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri üçün "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir məktəbin psixoloqu Ramilə Teymurova, Biologiya müəllimi Şəhla Ramazanova və Zahidə Əliyeva, təlim-tərbiyyə işləri üzrə direktor müavini Bahar Məmmədova, məktəbin həkimi Aygün Məmmədovanın iştirakı ilə təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlərə düzgün qidalanma və şəxsi gigiyena vərdişlərinin əhəmiyyəti barədə biliklərin aşılanması, onların sağlam həyat tərzinə təşviq edilməsidir.