Naxçıvanlı ədiblərimiz

Naxçıvan mədəniyyəti, xüsusilə ədəbi mühiti ilə digər regionlarımızdan fərqlənmişdir. Təkcə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin və Məmməd Səid Ordubadinin adını çəkərək Naxçıvanın necə görkəmli ədəbiyyat xadimlərini yetişdirdiyini görmək olar.
25.12.2024-cü il tarixində Azərnaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, Azərbaycan dili müəllimi Nazirə Nəbiyevanın və 8B sinif şagirdlərinin iştirakı ilə naxçıvanlı ədiblərə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Nazirə Nəbiyeva bu ədiblər haqqında geniş məlumat verdi. Sonra şagirdlər "Poçt qutusu" əsərindən kiçik bir hissəni izlədilər.