Naxçıvanın blokada şəraitinə salınması
XX əsr boyu Qərbi Azərbaycan və Naxçıvan ərazisində ermənilərin yerli əhali olan azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasəti, azərbaycanlı qaçqınların Naxçıvana gəlmələri, Naxçıvanın blokada şəraitində saxlanılması tarixi faktdır.
25.12.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, tarix müəllimi Günel Süleymanlının və 10A sinif şagirdlərinin iştirakı iıə mövzuya uyğun dəyirmi masa keçirildi. Günel Süleymanlı naxçıvanlıların həmin vaxt düşdükləri çətin vəziyyəti şərh etdi. Dəyirmi masa sual-cavab əsasında davam etdi.