Naxçıvan Muxtar Respublikasının yaradılması

    Bu il ölkədə Naxçıvan Muxtar Respublikasının yaradılmasına həsr olunmuş silsilə tədbirlər keçirildi. Belə tədbirlər Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə də keçirlir. 

    Belə ki, 23. 12. 2024-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, tarix müəllimi Günel Süleymanlının və 9A sinif şagirdlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasına həsr olunmuş  dəyirmi masa keçirildi. Tədbirdə Günel Süleymanlı Naxçıvan MR-nın yaradılması, ermənilərin ərazi iddiaları və Türkiyənin siyasi dəstəyi, bu dövrdə bağlanan müqavilələrdən bəhs etdi. Sonra Ülkər Əhmədova Naxçıvan MR-nın yaradılmasına, xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə onun inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi