XX əsrin əvvəllərində Naxçıvanda baş verən siyasi hadisələr. Naxçıvanın geosiyasi mövqeyi.

    23.12.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, tarix müəllimi Elnurə Seyidovanın və 11A sinif şagirdlərinin iştirakı ilə XX əsrin əvvəllərində Naxçıvanda baş verən siyasi hadisələrə, onun geosiyasi mövqeyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər əsrin əvvəllərində Naxçıvanda baş verən qırğınlar haqqında məlumat verdilər. Elnurə Seyidova XX  əsrin ikinci onilliyində burada yaradılan Türk-Araz Respublikasından, Türkiyənin Naxçıvana dəstəyindən, Ülkər Əhmədova isə Naxçıvanın çox önəmli geosiyasi mövqeyindən, ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında "körpü" rolu oynadığından bəhs etdi. Dəyirmi masa diskussiya şəraitində davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi