"SAĞLAM HƏYAT TƏRZİ" MÖVZUSUNDA TƏDBİR
"Sağlam Həyat Tərzi" mövzusunda Azərbaycan Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə keçirilən tədbir, şagirdlərə sağlamlığın əhəmiyyətini izah etmək və onların həyatında düzgün vərdişlərin formalaşmasına yardım etmək məqsədini güdür. Tədbir məktəbin psixoloqu Ramilə Teymurova, Biologiya müəllimi Şəhla Ramazanova və Zahidə Əliyeva, təlim-tərbiyyə işləri üzrə direktor müavini Bahar Məmmədova, məktəbin həkimi Aygün Məmmədovanın iştirakı ilə təşkil olunub.
Tədbirin əsas istiqamət və məqsədlərindən biri şagirdlərə sağlam həyat tərzinin əsasları haqqında məlumat vermək: balanslı qidalanma, fiziki aktivlik, gigiyena qaydalarına əməl etmək və zərərli vərdişlərdən uzaq durmaq, stressin idarə olunması və psixoloji sağlamlığın qorunması yollarını öyrətməkdir.
Bu tədbir, şagirdlərdə sağlam həyat tərzinin vacibliyini dərk etmək və zərərli vərdişlərdən uzaq durmaq vərdişlərini formalaşdırmaq məqsədi daşıyır. Maarifləndirmə və nümunələr vasitəsilə şagirdlərin sağlamlıqlarına daha diqqətlə yanaşmaları təşviq edilir.