Naxçıvanın blokada şəraitinə salınması və onun xilaskarı Heydər Əliyev

    19.12.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, tarix müəllimi    Elnurə Seyidovanın və 10 B sinif şagirdlərinin iştirakı ilə Naxçıvanın blokada şəraitinə salınmasına və onun xilaskarı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Elnurə Seyidova 90-cı illərdə Naxçıvanın düşdüyü çətin vəziyyətdən və bu şəraitdən qurtuluş yolundan, bu sahədə Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən söz açdı. Sonda kitabxanaçı Ülkər Əhmədova Naxçıvanın bu tarixinə aid videoçarx nümayiş etdirdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi