NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 1OO İLLİYİNƏ AİD TƏŞKİLAT SAATI
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 18 dekabr 2024-cü il tarixində 8A sinfində Coğrafiya müəllimi Arifə Məmmədovanın təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə təşkilat saatı keçirildi. Tədbirin məqsədi şagirdləri Naxçıvanın tarixi, mədəni irsi və muxtariyyətin ölkəmizin inkişafında oynadığı rol haqqında məlumatlandırmaq, onlarda vətənpərvərlik hissini gücləndirmək idi. Arifə Məmmədova Naxçıvanın tarixi əhəmiyyəti, Azərbaycanın ayrılmaz bir parçası kimi keçdiyi inkişaf yolu və 100 illik muxtariyyət dövründə əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Daha sonra şagirdlər öz hazırladığı təqdimatları ilə çıxış etdilər, Naxçıvanın görkəmli şəxsiyyətləri, mədəniyyəti, tarixi abidələri və iqtisadi inkişafı barədə ətraflı məlumat verdilər.
Sonda Arifə Məmmədova şagirdlərin fəallığını və tədbirə göstərdikləri marağı yüksək qiymətləndirdi, belə tədbirlərin milli dəyərlərin qorunmasında böyük əhəmiyyət daşıdığını vurğuladı.
Bu təşkilat saatı 8A sinfi üçün həm maarifləndirici, həm də ruhlandırıcı bir tədbir oldu.