ƏBƏDİ LİDERƏ EHTİRAM

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə onun xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keçirildi. Belə ki, məktəbin kitabxana müdiri Ülkər Əhmədovanın, Azərbaycan dili müəllimi Nazirə Nəbiyevanın təşkilatçılığı və 7A sinif şagirdlərinin iştirakı ilə onun məzarı ziyarət edildi. Ümummili Lider Heydər Əliyevin məzarı önünə güllər qoyuldu, xatirəsi bir dəqiqəlik sükutla yad edildi.