REPRODUKTİV SAĞLAMLIQ İSTİQAMƏTİNDƏ VALİDEYNLƏR İLƏ GÖRÜŞ
29 noyabr məktəbin psixoloqu Ramilə Teymurova, tibb bacısı Amaliya Seyidova, biologiya müəllimi Şəhla Ramazanova, təlim-tərbiyyə işləri üzrə direktor müavini Bahar Məmmədovanın iştirakı ilə 8-9 cu sinifin valideynləri ilə görüş keçirildi. Görüşün məqsədi cinsi yetişkənlik dövrünə qədəm qoymuş , uşaqların labüd problemləri barədə məsləhətləşmələr aparmaqdan ibarət oldu.Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdırlar ? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq lazımdır? Yeniyetmələrlə reproduktiv sağlamlıq, əks cinslər arasında münasibətlər, sevgi, dostluq barədə necə danışmaq lazımdır? Bir sözlə, "reproduktiv sağlamlığı necə qorumalı ?" kimi suallar müzakirə olundu.