QALİB ŞAGİRDİMİZ
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Əliyeva Mələk Mirzə qızı, Xətai rayon məktəbliləri arasında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Üçrəngli Şanlı Bayrağımız" adlı bədii qiraət müsabiqəsində fəal iştirakı ilə seçildiyinə görə təltif edilib. Diplom, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı sədrinin müavini Vüqar Hüseynov və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov tərəfindən Əliyeva Mələk Mirzə qızına təqdim edildi.