UŞAQ HÜQUQLARI AYLIĞI

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə " Uşaq hüquqları ayı "  çərçivəsində bir sıra tədbirlər keçirilir. Məktəbin psixoloqu Ramilə Teymurova 5 A sinfinin  şagirdlərinə  "İnsan və orqan alverçilərinin qurbanı olmamaq üçün nə etmək lazımdır" mövzusunda maarifləndirici məlumatlar verdi. Tədbirin məqsədi şagirdləri bu təhlükələr barədə məlumatlandırmaq, özlərini və ətraflarını bu cür hallardan qorumaq üçün lazım olan bilik və bacarıqlarla təmin etmək idi. Ramilə Teymurova insan və orqan alverinin ciddi bir təhlükə olduğunu vurğulayaraq, bunların hansı yollarla baş verdiyi, insanların necə hədəf alındığı və hansı hallarda diqqətli olmaq lazım gəldiyi barədə təfərrüatlı məlumatlar verdi.    

    Bu tədbir uşaqların təhlükələrə qarşı daha ayıq olmalarına və özlərini qorumaq üçün hansı addımlar atmaları lazım olduğunu öyrənmələrinə kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi