ZƏFƏRİN MÜBARƏK , AZƏRBAYCAN !
Zəfər Günü - Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış , hər il 8 noyabrda qeyd olunan milli bayramdır. 2020 - ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın uzun illər işğalda saxladığı torpaqları azad etdi. Noyabr günü isə Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərində işğaldan azad edilməsi ilə bu zəfər rəsmi şəkildə qeyd olunmağa başladı. Bu gün Azərbaycan xalqının qəhrəmanlıq rəmzi və milli birlik günü kimi, həmçinin Azərbaycan Ordusunun gücünü, xalqın vətənpərvərliyini, dövlətin qətiyyətini və xalqın birliyini göstərən böyük bir tarix kimi qeyd olunur.
05.11.2024 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ibtidai sinif rəhbəri Şahnaz Məmmədovanın təşkilatçılığı və 2 B sinfinin iştirakı ilə "Zəfərin mübarək, Azərbaycan" adlı sinif daxili tədbir keçirildi.