DÜNYA UŞAQLARIN GÖZÜ İLƏ
Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hər tərəfli müdafıyə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaşı kimi yetişə biləır. Uşağın qayğısına qalmaq və onu müdafiyə etmək həm dövlətin həm də valideynin öhtəliyidir.
Bu məqsədlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Teymurova 4 A sinif şagirdləri ilə birlikdə seminar təşkil etdi. Seminarda Ramilə Teymurova uşaqlara hüquq və vəzifələrindən bəhs etdi. Uşaqlar isə öz növbəsində Konvesiyanın müddəaları barədə məlumat verdilər. Daha sonra videoçarx izlənildi, birlikdə Uşaq himni mahnısı ifa edildi.