UŞAQLAR GƏLƏCƏYİMİZDİR !
05.11.2024 - cü il tarixində Azəbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən 1 nömrəli Uşaq Gənclər Inkişaf Mərkəzi ekologiya dərnəyinin rəhbəri Rövşanə İbrahimova dərnək üzvləri ilə birlikdə uşaq hüquqları aylığı çərçivəsində "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda açıq dərs keçdi. Dərsdə uşaqlar videoçarx izlədilər, uşaq hüquqları barədə bilgilıərini bölüşdülər və məlumatlandırıcı bukletlər hazırladılar.