ZƏFƏR BİZİMLƏDİR !

8 Noyabr Azərbaycanda hər il Zəfər Günü kimi qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın Silahlı Qüvvələri Qarabağı işğaldan azad etdi. 8 Noyabr Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bu böyük zəfərin simvolik günü olaraq qəbul olundu. Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqın iradəsini, ordunun gücünü və dövlətin birliyini bir daha nümayiş etdirdi.
Zəfər Günü ölkədə həm şəhidlərin əziz xatirəsini yad etmək, həm də qəhrəmanlıq göstərmiş hərbçilərimizi və xalqımızın birlik ruhunu təntənə ilə qeyd etmək məqsədilə tədbirlər, paradlar və müxtəlif mərasimlərlə qeyd olunur.
Bu münasibətlə 05.11.2024 – cü il tarixində Azərbaycanın Milli qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin UBHR Məyrəm Şərifova və hərbi müəllim Qabil Məmmədovun təşkilatçılığı ilə Zəfər bayramı keçirildi. Bayramda XRİH - əməkdaşı baş məsləhətçisi Mehriban İsrayılova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbə müdiri Anar Məmmədov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, polkovnik-leytinant Nahid Muradov, Elvin Bayramov, Nəsir Güləliyev, mayor Mirismayıl Mirəli, Ceyhun Səmədov, kapitan Eldəniz Quliyev və Cavid Rüstəmov, Azərbaycanın əməkdat artisti Firuzə İbadova, Sevda Əliverdiyeva iştirak etdilər.