ZƏFƏR GÜNÜ

    

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr   noyabrın 8-də Qaraba­ğın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Məhz bu bu tarix 2020-ci ildən etibarən Azərbaycanda Zəfər Günü kimi qeyd edilməyə başlandı. Bu il artıq dördüncü ildir ki, biz qürurla bu şanlı tarixi qeyd edirik. Bu məqsədlə ölkənin hər yerində təntənəli tədbirlər keçirilir.

            Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına məktəbin kitabxanasında keçirilmişdir. Belə ki, 04.11.2024-cü il tarixində kitabxana müdiri Ülkər Əhmədovanın, tarix müəllimi Elnurə Seyidovanın və 5B sinif şagirdlərinin iştirakı ilə Zəfər  Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi başlandı. Sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər və musiqilər səsləndirdilər, Ülkər Əhmədova isə videoçarxlar nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi