HÜQUQLARIMIZI BİLİRİK

01.01.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Şahnaz Məmmədovanın və 2B sinif şagirdlərinin iştirakı ilə "Hüquqlarımızı bilirik" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər öz hüquqları haqqında məlumat verdilər, şeir nümunələri səsləndirdilər. Həmçinin Ülkər Əhmədova uşaq hüquqlarına həsr olunmuş videoçarxlar nümayiş etdirdi.