"İQLİM HƏLLƏRİ" MÖVZUSUNDA AÇIQ DƏRS
Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa da xüsusi diqqət ayırır. Azərbaycan son illər alternativ energetikanın inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın iqtisadi inkişafında, energetika sahəsində alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsi də bir istiqamətdir.
Ölkəmiz əsasən də işğaldan azad edilmiş ərazilərdə, bölgələrin dirçəldilməsi üçün "yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı" şəhərlər, "ağıllı" kəndlər kimi yanaşmaları tətbiq edib. Minlərlə hektar sahədə meşələr bərpa olunub. "İşğaldan azad edilmiş ərazilər üçün karbon neytrallığı Konsepsiyası" sənədi hazırlanıb. Müasir texnologiyaların tətbiqi ilə "ağıllı şəhər", "ağıllı kənd" və "Yaşıl Enerji Zonası" konsepsiyalarının reallaşdırılması bu ərazilərin dayanıqlı inkişafına töhfə verməklə iqlim dəyişmələrinin təsirlərinin yüngülləşdirilməsi kimi hədəflərə nail olmağa imkan verib.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin müəllimi Arifə Məmmədovanın təşkilatçılığı ilə 8A sinfində açıq dərs keçirilib. Açıq dərs "İqlim həlləri" mövzusunda idi. Dərsdə şagirdlər tərəfindən səhralaşma, buzlaqların əriməsi, canlıların müxtəlifliyinin azalması, daşqınlar, meşə yanğınları haqqında video çarxlar hazırlanmışdır.