"TƏKRAR EMAL" MÖVZUSUNDA SİNİF TƏŞKİLAT SAATI
İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır. Bu tullantıların bir qismini fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Təkrar emal olunmayan tullantılar havanın çirklənməsinə, suyun çirklənməsinə səbəb ola bilər və heyvanların həyatı və insan həyatı üçün təhlükə yaradır. Xüsusən də plastikləri təkrar emal etmək vacibdir.
"Təkrar emal" mövzusunda şagirdlərin biliklərini artırmaq məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ingilisi dili müəllimi Tahirə İbrahimovanın təşkili və 7B sinfinin iştirakı ilə sinif təşkilat saatı keçirilib. Təşkilat saatında şagirdlərin əl işləri təqdim olunub.