YAŞIL SİNİF
25.10.2024 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə " COP29 " və " Yaşıl dünya naminə həmrəylik ili " layihəsi çərçivəsində məktəbin ingilis dili müəllimi Tahirə İbrahimovanın təşəbbüsü ilə “Yaşıl sinif” yaradıldı. “ Yaşıl sinif ” in yaradılmasının əsas məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin artırılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsindən ibarət olub.
İlk olaraq müəllim şagirdlərə yaşıllıqların əhəmiyyəti, onların iqlimin yaxşılaşdırılmasındakı rolu, estetik gözəlliyi haqqında geniş məlumat verdi. Daha sonra VII B sinif şagirdləri müəllimin köməyi ilə dibçək güllərə qulluq edib və təmizlik işləri apardılar.