AZAD QUBADLI
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin yeni bir mərhələsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkarlığı, fədakarlığı və müasir döyüş taktikaları bu əməliyyatın uğurla başa çatmasına səbəb oldu. Qubadlı şəhərinin azad edilməsi yalnız bir şəhərin geri alınması deyil, həm də müharibənin gedişatında əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunmuşdur.
25.10.2024 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mİrzəyev adına 98 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Əliyeva və 1B şagirdləri Qubadlının işğaldan azad olması ilə bağlı tədbir keçirdi. Tədbirdə şagirdlərə Qubadlının işğaldan azad olunması ilə bağlı məlumatlat verildi. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər və rənglədikləri rəsmləri nümayiş etdirdilər.