"TƏBİƏTİ QORUYAQ" ADLI VİKTORİNANIN QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI

23.10.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə “Təbiəti qoruyaq” adlı viktorinanın qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə məktəbin direktoru Yeganə Məhərrəmova, kitabxana müdiri Ülkər Əhmədova və 8A sinfinin şagirdləri Toğrul Babazadə, Azad Lətifzadə, Elgün Bayramzadə, Kamal Məmmədli, Səid Ələkbəroviştirak etdilər. Şagirdləri fəxri fərmanla təltif edən məktəbin direktoru Yeganə Məhərrəmova onlara gələcək həyatlarında uğurlar arzuladı.