MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ
18 oktyabr Azərbaycan Respublikası Müstəqilliyinin Bərpası Günüdür. Bu gün ümumrespublika səviyyəsində silsilə tədbirlərlə qeyd olunur.
Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında olmuşdur. Tədbirdə məktəbin kitabxana müdiri Ülkər Əhmədova, rus dili müəllimi Leyla Quliyeva və 6B sinif şagirdləri iştirak etmişlər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra şagirdlər vətənimizə həsr olunmuş şeir və musiqi nümunələri səsləndirdilər. Ülkər Əhmədova Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarxlar nümayiş etdirdi.