"TƏBİƏTİ QORUYAQ" ADLI VİKTORİNANIN BİRİNCİ MƏRHƏLƏSİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il 25 dekabr tarixində 2024-cü ilin " Yaşıl dünya naminə həmrəylik ili" elan olunması barədə sərəncam imzalamışdır. Bu sərəncama əsasən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri " Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir.Həmin prioriteə uyğun olaraq, silsilə tədbirlər həyata keçirilir.

    Belə tədbirlərdən biri də 17.10.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında keçirilmişdir. Belə ki, məktəbin coğrafiya müəllimi Arifə Məmmədovanın, kitabxana müdiri Ülkər Əhmədovanın, 8A və 8B sinif şagirdlərinin iştirakı ilə "Təbiəti qoruyaq" adlı viktorinanın birinci mərhələsi keçirilmişdir. Şagirdlər onlara ünvanlanan 12 sualı komanda şəklində cavablandırdılar. Viktorinada 8B sinfindən "Ekologiya", 8A sinfindən isə "Yaşıl dünya"  komandaları qalib gəlmişdir. Viktorinanın növbəti mərhələsi 22 oktyabr tarixində keçiriləcəkdir. Final mərhələsində "Ekologiya" və "Yaşıl dünya" komandaları qarşı-qarşıya gələcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi