MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR !

    XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutub. Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində səyləri bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən davam etdirilir. Onun ölkəyə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub.

    Beləliklə, bu gün Azərbaycanın üçrəngli dövlət bayrağı ölkənin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalq bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

    Bu münasibət ilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə tarix müəllimi Elnurə Seyidovanın təşkilatçılığı ilə açıq dərs keçirildi. Açıq dərsdə Elnurə Seyidova bu gün haqqında şagirdlərə ətraflı məlumatlar verdi və videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi