FÜZULİNİN AZAD OLUNMASINA HƏSR EDİRMİŞ SİNİF TƏŞKİLAT SAATI.
44 günlük Vətən müharibəsi zamanı , 4 il öncə bu gün Füzuli şəhəri müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki , əsgər və zabitlərimizin qəhrəmanlığı , şücaəti nəticəsində Füzuli azaddır ! Füzuli şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğanacaq ! Oktyabrın 17 - i Füzuli şəhərinin Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümüdür. Bu münasibətlə Füzulinin azad olunmasıyla bağlı Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbində sinif təşkilat saatı keçirildi.Təşkilat saatının keçirilməsinin məqsədi şagirdləri vətənpərvərlik ruhunda tərbiyələndirməkdən, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etməkdən , işğaldan azad olunmuş ərazilərin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılmasından ibarət olub. Təşkilat saatı şagirdlərin “Füzuli, biz qayıtdıq!” şüarını səsləndirməsi ilə sona çatıb.