DOĞMA DİLİM

   Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır.

    Doğma dilimizin qorunub-saxlanılması və təbliği məqsədilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də məktəbin  kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova və 5A sinif şagirdlərinin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin doğma dilimizə aid fikirləri, dahi şairimiz Bəxtiyar Vahabzadənin ana dilinə həsr olunmuş şeiri və digər videoçarxlar izlənildi.Həmçinin Ülkər Əhmədova şagirdləri Azərbaycan dilinin orfoqrafik, izahlı lüğətləri ilə tanış etdi.

    Sonda şagirdlər doğma dilimiz haqqında qısa həcmli esselər yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi