10-CU BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ

    

    2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır. Eyni zamanda, sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edirlər. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil olunur.

    06.10.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxana müdiri Ülkər Əhmədovanın və riyaziyyat müəllimi Xalidə Cəfərovanın təşkilatçılığı, 5A sinif şagirdlərinin iştirakı ilə 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya təşkil olundu. İştirakçılar burada rəsm sərgisinə baxdılar, danışan robot və lampa işığı ilə işləyən təyyarənin,  3D printerin əyani iş prinsipi, müxtəlif əl işləri ilə tanış oldular. Növbəti zalda isə ayrı-ayrı ölkələrin kitabları nümayiş etdirildi. Şagirdlər yazarlarımızın kitablarını əldə edib onların imzalarını aldılar. 

    Sərgi iştirakçıların böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi