BAYRAMINIZ MÜBARƏK, ƏZİZ MÜƏLLİMLƏR !

    5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür.

    Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. 

    Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. 

    Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 

    5 oktyabr Müəllimlər günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru Yeganə Məhərrəmova müəllimləri təbrik  etdi və onlara xalqımıza layiq vətəndaşların yetişdirməsində öz xidmətlərini əsirgəməməyi tövsiyyə etdi. 

    Bayramınız mübarək, əziz müəllimlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi