CƏBRAYIL SƏN AZADSAN!

 

    44 günlük Vətən müharibəsi zamanı , 4 il öncə bu gün Cəbrayıl şəhəri müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuşdur.Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki , əsgər və zabitlərimizin qəhrəmanlığı , şücaəti nəticəsində Cəbrayıl azaddır , Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğanacaq ! 

    Oktyabrın 4 - ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümüdür.Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1şəhər

( Cəbrayıl ) və 80 kənd işğaldan azad edildi.

    Bu münasibətlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 4A sinfində Mustafayeva Fəxriyyənin təşkilatçılığı ilə Cəbrayılın azad olunmasına həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Sonra Cəbrayılın azad olunmasına həsr olunmuş videoçarxlar nümayiş etdirildi.Şagirdlər Azərbaycana aid mahnılar səsləndirdilər, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi