MƏKTƏBDƏ İLK GÜN

  Təhsilə atılan ilk addım kimi məktəbəhazırlıq şagirdlərin həyatında mühüm rol oynayır.Bu hazırlıq uşaqlarda ilkin dünyagörüşü , riyazi və məntiqi təfəkkürün , oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə imkan yaradır.Bu il də məktəbimizdə məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Bu qrupda dərsləri təcrübəli müəllim Fəxriyyə Mustafayeva aparır.

    01.10.2024- cü il tarixində məktəbəhazırlıq qrupunun ilk dərs günü keçirildi.Bununla əlaqədar olaraq sinif öncədən bəzədilmiş , şagirdlərə hədiyyələr hazırlanmışdı.Məktəbimizin direktoru Yeganə Məhərrəmova Elm və Təhsil Nazirliyinin tərəfindən verilən hədiyyələri uşaqlara təqdim etdi.Həmçinin Fəxriyyə Mustafayeva  tərəfindən şagirdlərə müxtəlif hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi