27 SENTYABR ANIM GÜNÜ

    27 sentyabr Vətən müharibəsinin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9 - dək 5 şəhər , 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt - üst etdi. Torpaqlarına sahib çıxdı. 27 sentyabr  Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər , həm də Zəfər Gününün başlanğıcıdır.

    27 sentyabr tarixində məktəbimizin tarix müəllimi Günel Süleymanlı və UBTR Məryəm Şərifovanın təşkilatçılığı ilə Anım Gününə  həsr olunmuş tədbir keçirildi.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Azərbaycan Respublikasının Dövlət Himni  səsləndi. Tədbirdə məktəbin direktoru Yeganə Məhərrəmova çıxış edərək Ordumuzun gücündən , parlaq qələbəmizdən , T şəhidlik  zirvəsinin ucalığından bəhs etdi.Tədbir zamanı məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirildi , mahnılar oxundu.Sonda şəhidlərimizi yad etmək üçün şəkillərinin önünə qərənfillər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi