27 SENTYABR VƏTƏN MÜHARİBƏSİ

    27 sentyabr 2020-ci il - Vətən müharibəsinin başladığı gün Azərbaycan Milli Dövlətçilik İnstitutunun qızıl tarixi, qürur və şərəf simvoludur.  Bu tarixdən başlayan haqq-ədalət savaşı sübut etdi ki, Azərbaycan xalqı vahiddir, bölünməzdir, öz vətəni-torpaqları uğrunda vuruşa hər zaman hazırdır. 

    27 sentyabr 2020-ci il Azərbaycanın hərbi-strateji tarixində işğalçı Ermənistanın təcavüzünə cavab verilən 44 günlük Vətən müharibəsinin başlanması günüdür. Xalq bu günü 30 il inamla gözləmişdir. Erməni vəhşilikləri, qəddarlıqları bu illər ərzində öz faşist xisləti ilə qəzəb, nifrət hissini söndürməmiş, əksinə daha da alovlandırmışdı.

  Anım Günü ilə bağlı şagirdlərimiz divar qəzetləri hazırlayıb məktəbin foyesində nümayiş etdirdilər.Bu divar qəzetlərində onların vətənpərvərlik hissi qürur dolu təəssüratları özünü aydın təcəssüm etdirirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi