ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ İLK DƏRSLƏR
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə ilk dərslər Anım Gününə həsr olundu.Əvvəlcə məktəbin bütün sinif otaqlarında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Dərs zamanı müəllimlər mövzu barədə şagirdləri geniş izahlarla məlumatlandırdılar.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş , yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş , min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir.İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin , əsgər və zabitlərimizin , qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.